YELENA QOLUBEVA ILƏ ACCESS THE BARS

Barların aktivləşdirilməsi-32 nöqtə.

Access Bars sessiyası başda yerləşən və müxtəlif həyat sahələrinə (hisslər, pul, sağlamlıq, münasibətlər,  yaradıcılıq, ünsiyyətcillik və s.) cavab verən 32 energetik nöqtəyə təsir etmək üçün nəzərdə tutulub.

Yüngül toxunuş zamanı həmin nöqtələr aktivləşir. Beyin dalğalarının tezliyi yavaşlayır və insanın uşaqlıqdan və ya başqa həyatlardan təsir etməsinə imkan verdiyi davranış modelləri, fikir sistemi, baxışlara giriş açılır.

Nəticədə sərbəst şəkildə, səy göstərmədən təhtəlşüurun həyatı tam və xoşbəxt yaşamağa mane olan köhnə emosiyalar, məhdudlaşdırıcı proqram, fikir və inanclardan təmizlənmə prosesi baş verir!

Pic

Bu kompüterinizdə “sil” düyməsinə basmaq kimidir. Barların işə salınması zamanı lazımsız fayllar silinir.

Həyatınıza həqiqətən istədiyiniz bütün YENİLİKLƏRİ daxil etmək üçün yer açılır.

Proseduranın özü gözəl, rahatladıcıdır və effekt bir neçə saniyə nöqtələrə-“BAR”lara toxunmaqla əldə olunur. Artıq prosedura zamanı pasiyentin rahatladığı görünür, seansın sonuna yaxın isə bunu sınayan istənilən pasiyent tamamilə yüngülləşir və onun bədəni, ruhu və psixologiyası rahatlıq vəziyyətinə keçir.

Nöqtələrə təsir edərək onların aktivləşdirilməsi ilə siz şüurunuzun neyron əlaqələrində məhdudlaşdırıcı fikirləri yerində saxlayan enerjini boşaldırsınız.

Hər seans sizə yeni enerji bəxş edəcək.

Yerində təsbit etdiyiniz istənilən fikirlər, ideyalar, münasibətlər, qərarlar və ya inanclar enerjini bloklayacaq və sizin bu sahədə nəyisə dəyişmək qabiliyyətinizi və əldə etmək imkanınızı məhdudlaşdıracaq.

Təsbit edilmiş enerjini dəyişin və siz bu aspektlə əlaqəli məhdudiyyətlər, maneə və çətinliklərdən azad olacaq və müsbət dəyişikliklərin həyatınıza asanlıqla girməsinə imkan verəcəksiniz.

Pic1

Acces the Bars metodu ilə nöqtələrin aktivləşdirilməsi artıq 30 ildən çoxdur ki öz effektivliyini sübut etməyə davam edir. Çox sayda insan yardım alıb, bədəninin və həyatının müxtəlif aspektlərini, o cümlədən stress, narahatlıq, münasibətlər, sağlamlıqla bağlı aspektləri dəyişib.

ACCESS THE BARS SEANSI ZAMANI NƏLƏR BAŞ VERİR

  • Zehni və fiziki gərginliyi aradan qaldırır.

  • Günün stresini azaldır.

  • Həyatınızdakı məyusluq və kədəri minimuma endirir

  • Həddindən artıq qıcıqlanma və qəzəb hisslərini azaldır.

  • Qəzəb, yorğunluq və zehni yorğunluq kimi duyğulardan qaynaqlanan bədənimizdəki tıxanmaları aradan qaldırır.

  • Əhvalımızda baş verən qəfil dəyişiklikləri aradan qaldırır və sabitliyi təmin edir.

  • Psixosomatik pozğunluqları azaldır.

  • Depressiyanı aradan qaldırır və sizə yenidən sevinc və xoşbəxtlik hissləri bəxş edir.

  • Qorxularınızı, fobiyalarınızı və narahatlıqlarınızı aradan qaldırmağa kömək edir.

  • Enerji artırır və bununla da zehni zəifləməni azaldır.

  • Yaşlanma prosesini ləngidir.

  • Mənfi düşüncələri tamamilə yox edir.

  • Davamlı olaraq beyninizdə dolaşan lazımsız fikirləri yox edir.

  • Sakitlik, inam və yaxşı əhval-ruhiyyə yaradır.

  • Rahat və enerjili bir rifah təmin edir.
  • Hamiləlik dövründə asan, sakit və rahat doğum prosesini təmin edir.
  • Uşaqlarda və gənclərdə imtahandan əvvəl yaşanan çətinlikləri və narahatlığı aradan qaldırmağa kömək edir.
  • Beyinə özü və başqaları üçün geniş qavrayış mühiti yaratmağa imkan verir. Bu qavrayış sayəsində münasibətlərdə yaxşılaşma əldə edilir.
  • Bu, özünüzə qoyduğunuz məhdudiyyətləri aradan qaldırır, beləliklə, həyatınızın hər sahəsində daha böyük imkanlara yiyələnməyə  nail olursunuz.
  • özünüzü daha enerjili hiss etməyə kömək edir.
  • öyrənməni çətinləşdirən Diqqət Çatışmazlığı Hiperaktivlik Pozğunluğu simptomlarını aradan qaldırmağa kömək edir.
  • Konsentrasiyanın, məntiqi təfəkkürün, problemlərin həllinin, həyatdan daha çox həzz almağın, işdə daha çox rahatlığın, bacarıq və fiziki qabiliyyətlərin, şüurun və əxlaqi inkişafın artırılmasını təmin edir.

TƏLİM PROQRAMI

1 HISSƏ -TEORIYA

  • ACCESS THE BARS haqqında məlumat
  • Bizi və həyatımızı limit edən fikirlər və proqramlar
  • Başımızda yerləşən 32 möcüzəli nöqtə
  • ACCESS THE BARS mantrası
  • ACCESS THE BARS praktik alətləri
  • Access the Bars qurucularından izlənməyə 2 film
  • Yelena Qolubeva dan Access the Bars haqqında şəxsi təcrübə

2 HISSƏ -PRAKTIKA

  • Təlim zamanı siz təlim patrnyora 2 seans verəcəqsiniz və 2 seans alacaqsınız
  • Access Consciousness təmizləmə cümləsini öyrənəcəqsiniz 
  • Access the Bars Fasilitatoru olmaq üçün məlumatını alacaqsınız

Təlim nahar fasiləsi ilə 10:00 dan 19:00 kimi keçirilir.

*Təlim başa çatdıktan sonra həmin təlimin səs yazısı sizə göndəriləcək. Bu bütün Access Consciousness Fasilitatorlar üçün şərtdir.

*Qiymətlər bütün ölkələr üçün eynidir.

 ACCESS THE BARS TƏLİMİNƏ NƏ DAXİLDİR

 

Manual və Çart

 Access Consciousness web səhifəsində reqistrasiya

Təlimin səs yazısı

 Access Consciousness İnstitutun beynalxalq sertifikatı

Siz Access the Bars təcrübəçisi olursuz və həmin seanslarını başqalar üçün keçirə bilərsiz

Bakıda Access the Bars təlimi 2017-ci ildən sertifikatlaşdırılmış Access the Bars, Access Body&Facelift fasilitatoru Yelena Qolubeva keçirir.

Access Bars® Facilitator(BF), Access Facelifting (AFF),  Access Body, CFMW, SOP.

TƏLİMİN QİYMƏTİ

İLK DƏFƏ ALANLAR: 620 АZN İKİNCİ VƏ ÜÇÜNCÜ DƏFƏ ALANLAR: 310 АZN

ACCESS THE BARS TƏLİMİNDƏN QERİ DÖNÜŞLƏR